​İŞİD Bəşşar Əsədin nəzarəti altında olan rayonu ələ keçirib

​İŞİD Bəşşar Əsədin nəzarəti altında olan rayonu ələ keçirib Onlar Humusdakı Cezel neft yatağını və onun yaxınlığındakı 2 yüksəkliyi də tutublar
Digər ölkələr
1 Noyabr , 2015 10:19
​İŞİD Bəşşar Əsədin nəzarəti altında olan rayonu ələ keçirib

Bakı. 1 noyabr. REPORT.AZ/ İŞİD terror qruplaşması Suriyanın Humus vilayətində Bəşşar Əsədə bağlı qüvvələrin nəzarəti altında olan Mehin rayonunu ələ keçirib.

"Report" xəbər verir ki, bu haqda "Anadolu" agentliyi məlumat yayıb.

Məlumata görə, İŞİD-ə məxsus partlayıcı yüklənmiş maşınların partladılması nəticəsində Mehin rayonunun girişindəki barrikadalar dağıdılıb. Bundan sonra terrorçular yerli hökumət binalarını ələ keçirib.

Xəbərdə bildirilib ki, sakinlər başqa əraziyə köçməyə başlayıb.

Qeyd edək ki, ötən gün isə İŞİD Humusdakı Cezel neft yatağını və onun yaxınlığındakı 2 yüksəkliyi ələ keçirib.

Son xəbərlər

Orphus sistemi