İrlandiyada prezident seçkilərində Maykl Hiqqins qalib gəlib

Digər ölkələr
  • 27 oktyabr, 2018
  • 21:40
İrlandiyada prezident seçkilərində Maykl Hiqqins qalib gəlib

Bakı. 28 oktyabr. REPORT.AZ/ İrlandiyanın hazırkı prezidenti Maykl Hiqqins cümə günü baş tutan ümumi səsvermə nəticəsində ikinci yeddi illik müddətə yenidən seçilib.

“Report” TASS-a istinadən xəbər verir ki, seçkilərdə iştirak edən irlandiyalıların 56 faizi ona səs verib.

Hiqqinslə yanaşı prezident kürsüsü uğrunda 5 namizəd mübarizə aparıb. Seçicilərin seçkidə iştirakı 43 faiz təşkil edib.

Xatırladaq ki, bu gün Gürcüstanda prezident seçkiləri keçiriləcək.