İrlandiyada hücumlar nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb

İrlandiyada hücumlar nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb Hər üç hadisə müxtəlif yerlərdə qeydə alınıb
Digər ölkələr
3 Yanvar , 2018 21:11
İrlandiyada hücumlar nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb

Bakı. 3 yanvar. REPORT.AZ/ İrlandiyanın Dandolk şəhərində naməlum şəxslərin hücumu nəticəsində bir nəfər ölüb, daha ikisi yaralanıb.

"Report" BBC-yə istinadən xəbər verir ki, ölən şəxs Yaponiya vətəndaşıdır. O, kürəyindən bıçaqlanıb.

Daha iki İrlandiya vətəndaşı xəstəxanaya yerləşdirilib, onlara metal çubuqla xəsarət yetirilib.

Hər üç hücum şəhərin müxtəlif yerlərində qeydə alınıb.

Araşdırma zamanı Misir vətəndaşı saxlanılıb. Hücumların motivləri araşdırılır.

Son xəbərlər

Orphus sistemi