İraqın şimalındakı muxtar bölgədə maaşların verilməməsi və korrupsiyaya qarşı aksiya keçirilib

İraqın şimalındakı muxtar bölgədə maaşların verilməməsi və korrupsiyaya qarşı aksiya keçirilib Bakı. 18 dekabr. REPORT.AZ/ İraqın şimalındakı kürd muxtariyyətində, Süleymaniyyə şəhərində minlərlə məmur maaşların ödənilməməsi və korrupsiyaya etiraz olarq aksiya keçiriblər.
Digər ölkələr
18 Dekabr , 2017 18:07
İraqın şimalındakı muxtar bölgədə maaşların verilməməsi və korrupsiyaya qarşı aksiya keçirilib

Bakı. 18 dekabr. REPORT.AZ/ İraqın şimalındakı kürd muxtariyyətində, Süleymaniyyə şəhərində minlərlə məmur maaşların ödənilməməsi və korrupsiyaya etiraz olarq aksiya keçiriblər.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, aksiya iştirakçıları muxtar hökumətin keçmiş başçısı Məsud Barzaninin rəhbəri olduğu Demokratlar Partiyasının baş qərargahının binasına od vurublar.

“Hökumətdən müəllimlərin və məmurların sosial şəraitinin normallaşdırılmasını, maaşlarımızın fasiləsiz olaraq verilməsini tələb edirik”, - aksiya iştirakçısı vurğulayıb.

Onlar “Bəsdir artıq!”, “26 illik korrupsiyaya və qarətə yox!”, “Rüşvətxorlar mühakimə olunmalıdır!”, “Müəllim və məmurların maaşları haradadır?” şüarlarını söyləyiblər

Muxtar hökumətin rəsmi məlumatına görə, bölgədə hökumətdən maaş alan 1,4 milyon müəllim və məmur var.

Son xəbərlər

Orphus sistemi