İraqın şimalındakı kürd muxtar bölgəsi keçirdiyi "referendum"un yekun nəticələrini açıqlayıb

Digər ölkələr
  • 27 sentyabr, 2017
  • 14:35
İraqın şimalındakı kürd muxtar bölgəsi keçirdiyi referendumun yekun nəticələrini açıqlayıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ İraqın şimalındakı kürd muxtar bölgəsinin "müstəqillik"lə bağlı keçirdiyi "referendum"un yekun nəticələri açıqlanıb. 

"Report" "Hurriyet"ə istinadən xəbər verir ki, bölgə hökumətinin açıqladığı rəsmi nəticələrə əsasən, səsvermədə iştirak etmiş seçicilərin 92.73 faizi "müstəqilliyin" lehinə səs verib. 

Məlumata görə, səsvermədə seçicilərin 72 faizi iştirak edib.