İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib

Digər ölkələr
  • 04 oktyabr, 2019
  • 00:58
İraqın şimalında 3 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyənin Hərbi Hava Qüvvələri İraqın şimalında PKK terror təşkilatının 3 döyüşçüsünü zərərsizləşdirib.

Bu barədə "Report" "Anadolu"ya istinadən xəbər verir.

Silahlılara zərbələr terrorçuluğa qarşı "Pəncə" əməliyyatı çərçivəsində vurulub.

"Pənçə-1" əməliyyatı mayın 27-də İraqın Hakurk rayonu ərazisində Türkiyənin milli müdafiə nazirinin rəhbərliyi ilə başlayıb. 

44 filmi