İraqın keçmiş prezidenti Cəlal Təlabani vəfat edib
Digər ölkələr
- 03 oktyabr, 2017
- 13:31
Bakı. 3 oktyabr. REPORT.AZ/ İraqın keçmiş prezidenti Cəlal Təlabani Almaniyada vəfat edib.
“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu sabiq dövlət başçısının yaxınları bildirib.
Qeyd edək ki, Cəlal Təlabani 1933-cü il noyabrın 12-də İraqın Kalkan yaxud Köysancaq bölgəsində anadan olub. O, İraqın 6-cı prezidenti və İraq Kürd Vətənpərvərlər İttifaqının sədri olub. 2005-ci ilin aprelin 6-da dövlət başçısı seçilib. 2012-ci il dekabrın 17-də beyininə qan sızmasından sonra Almaniyada müalicə olunub. 2014-cü il iyulun 19-da İraqa dönüb. Səhhəti ilə əlaqədar vəzifə səlahiyyətlərini icra edə bilmədiyindən 2014-cü il iyulun 24-də istefa verib.
2016-cı ildən İraqın şimalında yerli muxtariyyətin ərazisində yaşayırdı.
Son xəbərlər
13:54
Ukrayna Ali Radası Ruslan Kravçenkonu baş prokuror vəzifəsindən azad edib
Digər ölkələr13:53
İranın 300-dən çox biznes nümayəndəsi Rusiyada səfərdədir
Region13:51
Cəlilabadda fərdi yaşayış evi tamamilə yanıb
Hadisə13:49
Foto
Hərb Tarixi Muzeyində Bakının azad olunmasının 108-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
Hərbi13:48
Gələn il Tokioda pilotsuz taksilərin işə salınması planlaşdırılır
Digər ölkələr13:41
Seymur Məmmədov: "Çempionlar Liqasının qrupundakı rəqiblərimizin əksəriyyətini tanıyırıq"
Futbol13:37
Azərbaycan və Özbəkistan arasında ədliyyə sahəsində əlaqələrin inkişafı müzakirə olunub
Xarici siyasət13:34
Foto
MDU-da regionun ən böyük süni intellekt texnologiyalarına əsaslanan Dil Mükəmməlliyi Laboratoriyasının açılışı olub
Sosial müdafiə13:30