İraqın hakimiyyət orqanları Səddam Hüseynin qızını axtarışa verib

İraqın hakimiyyət orqanları Səddam Hüseynin qızını axtarışa verib Bakı. 5 fevral. REPORT.AZ/ İraqın hakimiyyət orqanları ilk dəfə ən çox axtarılan cinayətkarların siyahısını açıqlayıb.
Digər ölkələr
5 Fevral , 2018 04:52
İraqın hakimiyyət orqanları Səddam Hüseynin qızını axtarışa verib

Bakı. 5 fevral. REPORT.AZ/ İraqın hakimiyyət orqanları ilk dəfə ən çox axtarılan cinayətkarların siyahısını açıqlayıb.

"Report" xəbər verir ki, bu barədə "Al Sumaria" telekanalı məlumat yayıb.

Siyahıda 60 şəxsin, o cümlədən keçmiş prezident Səddam Hüseynin İordaniyada olan böyük qızı Raqadın da adı var.

Siyahıda İŞİD-in 28 səhra komandiri, "Əl Qaidə"nin 12 başçısı, Səddam Hüseynin devrilməsindən sonra 2003-cü ildə buraxılmış BƏƏS-in funksionerləri barədə informasiyalar və ittihamlar var.

Həmin şəxslər arasında hazırda yeri hələlik məlum olmayan İŞİD lideri Əbu Bəkr əl-Bağdadinin adı yoxdur.

Mənbə telekanala bildirib ki, ittiham edilənlər İraqdan kənardadırlar. Onların ekstradisiyası məsələsi İnterpolla birlikdə həll ediləcək.

Son xəbərlər

Orphus sistemi