İraqdakı Kürdüstan muxtariyyəti müstəqilliklə bağlı referendumu təxirə salmayacaq

İraqdakı Kürdüstan muxtariyyəti müstəqilliklə bağlı referendumu təxirə salmayacaq Xoşiyar Zebari: "Referendum əvvəldən elan olunduğu kimi, sentyabrın 25-də keçiriləcək"
Digər ölkələr
12 Avqust , 2017 17:43
İraqdakı Kürdüstan muxtariyyəti müstəqilliklə bağlı referendumu təxirə salmayacaq

Bakı. 12 avqust. REPORT.AZ/ İraqın şimalında yerləşən Kürdüstan muxtariyyətinin rəhbərliyi müstəqilliklə bağlı referendumu təxirə salmamaq barədə qərar qəbul edib. 

"Report" xarici KİV-lərə istinadən xəbər verir ki, bunu muxtariyyətin nümayəndəsi Xoşiyar Zebari bildirib.

O vurğulayıb ki, referendum əvvəldən elan olunduğu kimi, sentyabrın 25-də keçiriləcək. 

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-ın dövlət katibi Reks Tillerson İraqdakı Kürdüstan muxtariyyətinin rəhbəri Məsud Barzani ilə telefon danışığında referendumu təxirə salmağa çağırmışdı.

Son xəbərlər

Orphus sistemi