İraqda terror aktı törətmiş britaniyalı keçmiş Quantanamo məhbusu olub

İraqda terror aktı törətmiş britaniyalı keçmiş Quantanamo məhbusu olub Camal əl-Harit Quantanamodan 2004-cü ildə azad olunub
Digər ölkələr
22 Fevral , 2017 06:54
İraqda terror aktı törətmiş britaniyalı keçmiş Quantanamo məhbusu olub

Bakı. 22 fevral. REPORT.AZ/ Fevralın 20-də İraqın Mosul şəhərində terror aktı törətmiş britaniyalı əvvəllər ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasındakı Quantanamo həbsxanasında saxlanılıb.

"Report" xəbər verir ki, bu barədə "The Daily Telegraph" yazıb.

Qəzetin məlumatına görə, Camal əl-Harit (əsl adı Ronald Fiddl) Quantanamodan 2004-cı ildə azad olunub. O, 2014-cü ildə Suriyaya gedərək İŞİD terror təşkilatının cərgələrinə qoşulub.

Terrorçu fevralın 20-də minalanmış maşını Təl Kisum kəndində özü ilə bir yerdə partladıb.

Son xəbərlər

Orphus sistemi