Bakı. 9 May. REPORT.AZ/ İraqın şərqində şiə məsçidi yaxınlığında terror aktı törədilib. "Report"un BBC-yə istinadən verdiyi xəbərə görə, iki partlayış nəticəsində 17 nəfər həlak olub, ən azı 37 nəfər yaralanıb.
Bildirilir ki, ilk partlayışı kamikadze törədib. Daha sonra isə məsçidin yaxınlığında dayanan avtomobil partladılıb.