İraqda silsilə terror aktları törədilib, azı 16 nəfər yaralanıb

İraqda silsilə terror aktları törədilib, azı 16 nəfər yaralanıb Bu gün İraqda beş partlayışdan ibarət silsilə terror aktları həyata keçirilib.
Digər ölkələr
25 Dekabr , 2019 23:03
İraqda silsilə terror aktları törədilib, azı 16 nəfər yaralanıb

Bu gün İraqda beş partlayışdan ibarət silsilə terror aktları həyata keçirilib.

“Report” “TASS”a istinadən xəbər verir ki, terror aktları nəticəsində azı 16 nəfər yaralanıb.

İlk terror aktı paytaxt Bağdadın şərqində yerləşən Sədr şəhərində baş verib. Belə ki, naməlum şəxslər üzərində partlayıcı qurğular olan motosikletləri klinika və futbol meydançasının yanında işə salıblar. Nəticədə 8 nəfər xəsarət alıb. Onlardan biri qadındır. Üç yaralı ağır vəziyyətdə xəstəxanaya göndərilib.

Bağdadın şərq və qərb hissəsindəki Əl-Amin və Əl-Maalef məhəllələrində isə iki partlayıcı qurğunun işə düşməsi nəticəsində beş nəfər yaralanıb.

Digər partlayıcı qurğu paytaxtın şimalındakı Əl Şaab bölgəsində, bazarın yaxınlığında partladılıb. Nəticədə dörd mülki şəxs yaralanıb, onlardan birinin vəziyyəti ağırdır.

Partlayışlara görə cavabdehliyi heç bir terror qruplaşması öz üzərinə götürməyib.

Son xəbərlər

Orphus sistemi