Yuxarı
    Bağlamaq

    ​İraqda partlayış törədilib: 10 nəfər ölüb, 12 nəfər yaralanıb

    Hadisənin məsuliyyətini hələ ki, heç bir qruplaşma üzərinə götürməyib

    Bakı. 4 aprel. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın şimalında törədilən partlayış nəticəsində azı 10 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

    "Report" xəbər verir ki, bu haqda "Sinxua" agentliyi məlumat yayıb.

    Məlumata görə, terrorçu-kamikadze xəstəxana yaxınlığındakı nəzarət-buraxılış məntəqəsinin yaxınlığında insanların sıx olduğu yerdə özünü partladıb.

    Hadisənin məsuliyyətini hələ ki, heç bir qruplaşma üzərinə götürməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi