İraqda törədilən terror aktları nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb - ƏLAVƏ OLUNUB

İraqda törədilən terror aktları nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb - ƏLAVƏ OLUNUB Ölən və yaralananların əksəriyyəti İran vətəndaşlarıdır
Digər ölkələr
14 Sentyabr , 2017 17:12
İraqda törədilən terror aktları nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb - ƏLAVƏ OLUNUB
Haberler.com

Bakı. 14 sentyabr. REPORT.AZ/ İraqın cənubunda yerləşən Di-Kar əyalətinin Nasiriyyə rayonunda törədilən silsilə terror aktları nəticəsində ölənlərin sayı 50 nəfərə çatıb. 

"Report" "Haberlər"ə istinadən xəbər verir ki, partlayışlarda 90 nəfər yaralanıb.

Ölən və yaralananların əksəriyyəti İran vətəndaşlarıdır. 

***

İraqın cənubundakı Di-Kar əyalətində törədilən iki terror aktı nəticəsində azı 6 nəfər ölüb, 20 nəfər yaralanıb.

“Report” "RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı yerli NRT televiziyası yayıb.

İnformasiyaya əsasən, terrorçular yolun kənarında yerləşən kafedə olan müştərilərə hücum ediblər.

Digər terror aktı isə iki əyalət arasındakı sərhəddə baş verib. Terrorçular Di-Kar və Mutanna əyalətlərinin sərhədindəki nəzarət-buraxılış məntəqəsi yaxınlığında minalanmış maşını partladıblar.

Həkimlərin sözlərinə görə, ölən və yaralananlar arasında İran vətəndaşları da var.

Terror aktlarına görə, məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. 

Son xəbərlər

Orphus sistemi