​İraqda iki terror aktı törədilib, 10 nəfərdən çox adam ölüb

​İraqda iki terror aktı törədilib, 10 nəfərdən çox adam ölüb Kamikadzelər meydan və dayanacaqda özlərini partladıblar
Digər ölkələr
3 Oktyabr , 2015 22:36
​İraqda iki terror aktı törədilib, 10 nəfərdən çox adam ölüb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Oktyabrın 3-də İraqın paytaxtı Bağdad şəhərində iki partlayış baş verib.

"Report" AFP-yə istinadən xəbər verir ki, partlayışı kamikadzelər törədib.

Onlardan biri özünü Ədən meydanında, digəri isə dayanacaq yaxınlığında partladıb. Nəticədə 13 nəfər həyatını itirib.

Güman edilir ki, İraqda vəziyyət İŞİD silahlılarının irimiqyaslı hücumu ilə əlaqədardır.

"Reuters" yerli hüquq-mühafizə orqanlarına istinadən ölənlərin 18 nəfər olduğunu və daha 60 nəfərin yaralandığını xəbər verib. 

Son xəbərlər

Orphus sistemi