Yuxarı

İraqda iki terror aktı nəticəsində 20 nəfər ölüb

Əsgərlər sıralarında intiharçıların da olduğu terrorçuların koordinasiyalı hücumuna məruz qalıb

Bakı. 12 noyabr. REPORT.AZ/ İraq hökumət ordusunun və kürd silahlılarının azı 20 əsgəri Əl-Fəllucədə törədilən iki terror aktının qurbanı olub.

"Report" TASS-a istinadən xəbər verir ki, əsgərlər sıralarında intiharçıların da olduğu terrorçuların koordinasiyalı hücumuna məruz qalıb.

Hələlik ölkədə mövcud olan heç bir ekstremist qrup bu hücum üçün məsuliyyəti boynuna götürməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi