İraqda "İslam Dövləti" qruplaşmasının başçılarından biri öldürülüb

İraqda "İslam Dövləti" qruplaşmasının başçılarından biri öldürülüb Abu Maria Tikrit şəhərindən şimal-şərqdə keçirilən əməliyyat zamanı öldürülüb
Digər ölkələr
13 Aprel , 2015 12:12
İraqda İslam Dövləti qruplaşmasının başçılarından biri öldürülüb

Bakı. 13 aprel. REPORT.AZ/ İraqda "İslam Dövləti" terror qruplaşmasının başçılarından biri Abu Maria öldürülüb. Bu barədə "Report" "TASS"a istinadən xəbər verir. 

İranın "IRIB" dövlət telekanalının məlumatına görə, terrorçu  Tikrit şəhərindən şimal-şərqdə İraq silahlı qüvvələrinin keçirdiyi əməliyyat zamanı öldürülüb. Əməliyyat İraq kəşfiyyatının əldə etdiyi məlumatlar əsasında aparılıb. Həmçinin onun bir neçə köməkçisi də qətlə yetirilib. 

"IRIB"in verdiyi məlumata görə, Abu Maria "İslam Dövlətinin" Salah-əd-Din əyalətində 2 rayonun "saxta qubernatoru" olub. 

Son xəbərlər

Orphus sistemi