İraqda İŞİD-in Rusiyadan olan 2 komandiri məhv edilib

İraqda İŞİD-in Rusiyadan olan 2 komandiri məhv edilib Terrorçular beynəlxalq koalisiyanın təyyarələrinin Mosulun qərbinə endirdiyi zərbələr zamanı öldürülüblər
Digər ölkələr
8 Aprel , 2017 23:30
İraqda İŞİD-in Rusiyadan olan 2 komandiri məhv edilib
Foto: AFP

Bakı. 8 aprel. REPORT.AZ/ İraqın hərbi kəşfiyyatı Mosulda İŞİD terror qruplaşmasının Rusiyadan olan iki komandirinin məhv edildiyini xəbər verib.

"Report"un məlumatına görə, bu barədə "Alsumaria" telekanalı məlumat yayıb.

Kəşfiyyatçılar bildiriblər ki, terrorçular ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiyanın təyyarələrinin Mosulun qərbinə endirdikləri zərbə zamanı öldürülüblər.

"Hərbi Kəşfiyyat İdarəsinin xəbərinə görə, beynəlxalq koalisiya Mosulun qərbində İŞİD-in əcnəbi əsilli bir neçə komandirini daşıyan avtomobilə zərbə endirib" – deyə telekanal bildirib.

Məlumata görə, hava zərbəsi nəticəsində əslində terror qruplaşmasının 3 komandiri öldürülüb. Onlardan biri – Əbu Hüzeyfə rus, "Əbu Tamar" isə çeçen əsillidir.

Lakin öldürülmüş daha bir İŞİD komandiri əl- Mətyutinin milliyyəti açıqlanmır. 

Son xəbərlər

Orphus sistemi