Bakı. 2 mart. REPORT.AZ/ İraqın baş naziri Heydər əl-İbadi İŞİD-ə qarşı irimiqyaslı hərbi əməliyyatın başlaması haqda təlimat verib.
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda İraq hökuməti məlumat yayıb.
Məlumata əsasən, martın 2-də gecə saatlarında o, Samirə şəhərinə gedərək, əməliyyat barədə son tapşırıqlarını verib. Təlimatda bildirilib ki, İraqın Səlahəddin bölgəsində İŞİD-ə qoşulmayan və silahdan istifadə etməyən mülkü sakinlərə toxunulmayacaq. Polis generalı, komandan Raid Cövdət martın 2-də İraqın İŞİD-dən təmizlənməsi üçün ikinci əməliyyata başlanıldığını və yaxın zamanda Səlahəddin bölgəsinin terrorçulardan təmizlənəcəyi xəbərini verəcəyini söyləyib.
Xatırladaq ki, Səlahəddin bölgəsi İŞİD-in nəzarəti altındadır.
