Bağdadda törədilən partlayışlarda ölənlərin sayı artıb - YENİLƏNİB-2

Bağdadda törədilən partlayışlarda ölənlərin sayı artıb - YENİLƏNİB-2 Hər iki partlayış paytaxt Bağdadda qeydə alınıb
Digər ölkələr
20 May , 2017 04:07
Bağdadda törədilən partlayışlarda ölənlərin sayı artıb - YENİLƏNİB-2
Courtesy İmage

Bakı. 20 may. REPORT.AZ/ İraqın paytaxtı Bağdad şəhərində törədilmiş partlayışlarda ölənlərin sayı 13-ə çatıb.

"Report"un məlumatına görə, bu barədə "Reuters" xəbər verib. 

Qeyd olunur ki, birinci partlayış Əbu-Daşirdə törədilib. İkinci bomba isə polis bölməsinin yanında törədilib. 

İnsident zamanı həmçinin 20 nəfər xəsarət alıb. Partlayışlara görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib.

***00:55

İraqın paytaxtı Bağdadda baş vermiş iki partlayışda azı 11 nəfər həlak olub.

"Report"un məlumatına görə, bu barədə "Reuters" yerli polisə istinadən xəbər verib. 

Ölənlərdən 4-ü polis zabitləridir.

Xəbərdə bildirilir ki, hadisə zamanı daha 20 nəfər xəsarət alıb.



***00:18

İraqda daha iki partlayış törədilib.

"Report"un məlumatına görə, bu barədə "Al Sumaria" telekanalı xəbər verib.

Xəbərdə bildirilir ki, hər iki partlayış paytaxt Bağdadda qeydə alınıb. Belə ki, Bağdadın cənubundakı Əbu-Daşir ərazisində, polis məntəqəsinin yaxınlığında minalanmış avtomobil partladılıb. İkinci partlayış isə təhlükəsizlik qüvvələrinin nəzarət yoxlama məntəqəsinin yaxınlığında törədilib. Nəticədə 1 nəfər ölüb, 5 nəfər xəsarət alıb.

Qeyd edək ki, bundan əvvəl də ölkənin cənubunda, Bəsra vilayətində, nəzarət-buraxılış məntəqəsində terror aktı baş verib. Minalanmış avtomobilin partladılması nəticəsində bir neçə nəfər ölüb. Ölənlərdən 2-i hərbçilərdir. Hadisə zamanı habelə avtobusda olan bir neçə dinc sakin də həlak olub. 

Son xəbərlər

Orphus sistemi