İraqda 500 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar olunub

İraqda 500 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar olunub Məzarlıq “Buduş” həbsxanası ərazisində tapılıb
Digər ölkələr
11 Mart , 2017 18:19
İraqda 500 nəfərin basdırıldığı kütləvi məzarlıq aşkar olunub

Bakı. 11 mart. REPORT.AZ/ İraq könüllüləri Mosul yaxınlığındakı “Buduş” həbsxanası ərazisində 2014-cü ildə İŞİD terror qruplaşmasının üzvləri tərəfindən qəddarlıqla qətlə yetirilmiş 500 nəfərin qalıqlarının olduğu kütləvi məzarlıq aşkar ediblər.

“Report” xəbər verir ki, terrorçular “Buduş” həbsxanasını 2014-cü ilin iyununda ələ keçiriblər və orada dustaq olan şiə müsəlmanları güllələyiblər.

Könüllülər, həmçinin bəyan ediblər ki, onların öldürülməsində iştirak edən 87 terrorçunu yaxalayıblar.

İraq hərbçiləri “Buduş” türməsini martın əvvəlində öz nəzarətləri altına alıblar.

Son xəbərlər

Orphus sistemi