Bakı. 4 iyun. REPORT.AZ/ İraqın paytaxtı Bağdadın şimalında terrorçu-kamikadzenin nəzarət-buraxılış məntəqəsinə hücumu nəticəsində 6 nəfər ölüb.
"Report" "Reuters"ə istinadən xəbər verir ki, partlayış nəticəsində daha 15 nəfər yaralanıb.
Terror hücumu ət-Tarmiya rayonunda baş verib.
Terrorçu-kamikadze üzərindəki partlayıcı qurğunu işə salıb. Ölənlərin əksəriyyəti hərbçidir.