İraq parlamentində Kərkükə hərbçilərin yerləşdirilməsi haqqında qərar qəbul olunub

Digər ölkələr
  • 25 sentyabr, 2017
  • 12:54
İraq parlamentində Kərkükə hərbçilərin yerləşdirilməsi haqqında qərar qəbul olunub
REUTERS/Thaier Al-Sudani

Bakı. 25 sentyabr. REPORT.AZ/ İraq parlamenti Kərkükə hərbi qüvvələrin yerləşdirilməsi haqqında qərar qəbul edib.

“Report” CNNTürk-ə istinadən xəbər verir ki, bu barədə İraq parlamentinin Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri Hakim Zamili sentyabrın 25-də keçirdiyi mətbuat konfransında bildirib.

“Parlament Kərkükdəki neft quyularının mərkəzi hakimiyyətin nəzarətinə verilməsi və “referendum”da səs verən dövlət məmurlarının işdən kənarlaşdırılması haqqında qərar qəbul edib”, - o vurğulayıb.

Təhlükəsizlik və Müdafiə Komitəsinin sədri deyib ki, parlament vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədi ilə hökumətin Kərküklə yanaşı, mübahisəli başqa bölgələrə də hərbi qüvvə yeridilməsi haqqında qərar qəbul edib: “Parlament İraqın şimalındakı yerli hökumətin nəzarəti altında olan bütün sərhəd-keçid məntəqələrinin bağlanmasına dair də qərar qəbul edib”.