Yuxarı

​İraq ordusunun təyyarəsi qəzaya uğrayıb, 3 pilot itkin düşüb

Hadisə Kərkük şəhəri yaxınlığında baş verib

Bakı. 16 mart. REPORT.AZ/ Kərkük şəhəri yaxınlığında İraqın hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində üç pilot itkin düşüb.

"Report" xəbər verir ki, bu haqda "Al-Arabia" telekanalı məlumat yayıb.

Məlumata görə, kəşfiyyat təyyarəsi İraqın şimalında, Kərkük şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki üç pilot itkin düşüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi