Yuxarı

İraq ordusunun iki generalı öldürülüb

İntiharçı-terrorçunun İŞİD üzvü olduğu bildirilib

Bakı. 27 avqust. REPORT.AZ/ Bağdadın qərbində yerləşən Ramadi şəhəri yaxınlığında intiharçı-terrorçunun törətdiyi terror aktı nəticəsində İraq ordusunun iki generalı öldürülüb.

"Report" "TASS"a istinadən xəbər verir ki, bu haqda İraq polisi məlumat yayıb.

Terrorçu içərisində partlayıcı olan maşını Ramadi yaxınlığında orduya məxsus avtomobil karvanına çırpıb.

Qeyd edək ki, Ramadi Anbar əyalətinin mərkəzi şəhəridir. Bu bölgədə İraq ordusu İŞİD-ə qarşı hərbi əməliyyatlar keçirir. İntiharçı-terrorçunun da İŞİD üzvü olduğu bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi