İraq ordusu Mosulun qərbində iki rayonu azad edib

İraq ordusu Mosulun qərbində iki rayonu azad edib Tayran və Mamun hökumət qoşunlarının nəzarətinə keçib
Digər ölkələr
27 Fevral , 2017 05:56
İraq ordusu Mosulun qərbində iki rayonu azad edib

Bakı. 27 fevral. REPORT.AZ/ İraqın hökumət qüvvələri bazar günü səhər İŞİD terrorçularının nəzarəti altında olan Mosulun Tayran rayonuna daxil olublar.

"Report" xəbər verir ki, ağır döyüşlər nəticəsində təhlükəsizlik qüvvələri sözügedən rayonu öz nəzarətləri altına götürə biliblər.

Daha sonra İraq ordusu şəhərin qərbində yerləşən Mamun rayonunu tutublar.

Mosulun terrorçulardan azad olunmasına 2016-cı ilin oktyabrında başlanıb.

Son xəbərlər

Orphus sistemi