Bakı. 17 iyun. REPORT.AZ/ İraqın Fəlluca şəhəri terrorçu İŞİD qruplaşmasından azad edilib.
"Report" İsrail KİV-inə istinadən xəbər verir ki, bu barədə İraqın hökumət ordusu məlumat yayıb.
İnformasiyaya əsasən, şəhərətrafı ərazidə döyüşlər hələ bitməyib, terrorçular müqavimət göstəririrlər.
Məlumata görə, Fəllucanın azad edilməsində İranyönlü qüvvələrin əsas rol oynamasından ABŞ nümayəndələri narahat olduqlarını bildiriblər.
Qeyd edək ki, Fəllucanın azad edilməsi əməliyyatı bir aya yaxındır davam edir.