Yuxarı
    Bağlamaq

    ​İraq Kürdüstanı müstəqillik üçün referendum keçirəcək

    Bərzani ölkəni öz vətəndaşlarını müdafiə edə bilməməkdə günahlandırıb

    Bakı. 7 may. REPORT.AZ/ İraq Kürdüstanı müstəqillik üçün referendum keçirmək niyyətindədir.

    "Report" xəbər verir ki, bunu İraq Kürdüstanının milli təhlükəsizlik şurasının rəhbəri Məsrur Bərzani "The Washington Post" qəzetində dərc olunan məqaləsində bildirib.

    Bərzaninin sözlərinə görə, "bu təcrübəni uğursuz saymaq olar".

    O bildirib ki, İraq siyasi olaraq öz varlığını dəstəkləyə bilən dövlət deyil, kürdlərin hərəkətləri isə daim münaqişəyə səbəb olur. Bundan əlavə, Bərzani ölkəni öz vətəndaşlarını müdafiə edə bilməməkdə günahlandırıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi