Yuxarı

İraq höküməti terrorçulara qarşı növbəti əməliyyata başlayır

Ramadi şəhəri bu ayın əvvəli cihadçıların nəzarətinə keçmişdi

Bakı. 26 May. REPORT.AZ/ İraq hökumət qüvvələri İslam Dövlətini (İD) Anbar əyalətindən çıxarmaq üçün əməliyyata başlayıb, şiə döyüşçülərdən ibarət könüllü qüvvə olan Xalq Səfərbərliyinin sözçüsü bildirib.

"Report"un BBC-yə istinadəın verdiyi xəbərə görə, əməliyyat, qoşunların və döyüşçülərin Səlahəddin əyalətindən cənuba doğru hərəkətini əhatə edəcək və İD döyüşçülərinin Ramadidə təcrid olunmasına çalışalacaq, o bildirib.

Ramadi şəhəri bu ayın əvvəli İraq ordusunun geri çəkilməsinin ardından cihadçıların nəzarətinə keçib.

Ondan bəri hökumət qüvvələri əks-hücum üçün cəmləşirlər və onların bildirdiyinə görə, son bir neçə gün ərzində Ramadinin şərqində bəzi əraziləri geri alıblar.

Hücum amerikalılar tərəfindən müsbət qarşılanıb. Vitse-prezident Joe Biden ABŞ dəstəyi üçün söz verib, BBC müxbiri Jonathan Marcus deyir.

Lakin o əlavə edir ki, ABŞ şiə döyüşçülərin rolundan hələ də narahatdır. Şiə döyüşçülər əsasən İran tərəfindən dəstəklənir.

Xalq Səfərbərliyi sözçüsü Əhməd əl-Əssadi mətbuat konfransında bildirib ki, Anbara nəzarəti ələ keçirmək üçün əməliyyat şiə imamına hörmət əlaməti olaraq “Ləbeyk ya Hüseyn” adlandırılacaq.

O bildirib ki, əməliyyat “uzun çəkməyəcək” və döyüşdə “düşməni təəccübləndirəcək” yeni silahlardan istifadə olunacaq.

Cənab Əssadi ayrıca olaraq AFP xəbər agentliyinhə bildirib ki, təhlükəsizlik qüvvələri və hərbçilər şəhəri mühasirəyə alıb hücuma keçməzdən öncə, Ramadinin şimal-şərqindəki səhra ərazilərə hərəkət edəcəklər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi