İranın Hələb yaxınlığındakı hərbi bazasında partlayış olub, onlarla ölü və yaralı var

İranın Hələb yaxınlığındakı hərbi bazasında partlayış olub, onlarla ölü və yaralı var İlkin məlumata görə, partlayış nəticəsində 20 nəfər həlak olub
Digər ölkələr
15 Aprel , 2018 02:17
İranın Hələb yaxınlığındakı hərbi bazasında partlayış olub, onlarla ölü və yaralı var

Bakı. 15 aprel. REPORT.AZ/ İranın Suriyanın Hələb şəhərinin cənubundakı Azan dağı yaxınlığındakı hərbi bazasında güclü partlayış olub.

"Report" xəbər verir ki, bu barədə "Haber 7 com" məlumat yayıb.

İlkin məlumata görə, partlayış nəticəsində İran ordusunun 20 zabiti həlak olub, habelə xeyli sayda hərbçi xəsarət alıb. Partlayışdan sonra hadisə yerinə təcili yardım maşınları və xilasedicilər göndərilib. 

Ərazi üzərində təyyarələr müşahidə edilib. Lakin onların hansı ölkəyə məxsus olduğu məlum deyil. 

"CNN Türk" də öz növbəsində hadisə yerində olan mənbəyə istinadən 20 nəfərin ölməsi, xeyli sayda yaralının olması xəbərini təsdiqləyib. Lakin həlak olanların hərbçilər olduğu barədə məlumat verməyib.

Partlayışın səbəbi barədə məlumat verilmir. Xəbər hələlik rəsmi şəkildə təsdiqlənməyib.

Son xəbərlər

Orphus sistemi