İran "Stena Impero" tankerini buraxıb

İran "Stena Impero" tankerini buraxıb İyulun 19-da Hörmüz boğazında İran tərəfindən saxlanılmış İsveçə məxsus Stena Impero tankeri buraxılıb.
Digər ölkələr
27 Sentyabr , 2019 07:50
İran Stena Impero tankerini buraxıb

İyulun 19-da Hörmüz boğazında İran tərəfindən saxlanılmış İsveçə məxsus "Stena Impero" tankeri buraxılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Agentliyin məlumatına görə, tanker İranın Bəndər Abbas limanını tərk edib. Qeyd edilir ki, tankerin buraxılması barədə qərar çərşənbə günü qəbul edilib. Lakin tanker hələ də limanda qalırdı.

Daha əvvəl İran rəsmiləri tankerin buraxılacağını bildiriblər. Sentyabrın 22-də bildirilirdi ki, İran İsveçə məxsus tankeri azad edə bilər.

Son xəbərlər

Orphus sistemi