Bakı. 16 avqust. REPORT.AZ/ İran öz nüvə proqramı barədə məlumatları Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinə (AEBA) təqdim edib.
“Report” RBK-ya istinadən xəbər verir ki, bu barədə məlumat Agentliyin saytında dərc olunub.
“Bu gün İran AEBA-ya yazılı izahat və ölkənin nüvə proqramının keçmişi və bugünü ilə bağlı müvafiq sənədləri təqdim edib”, - agentliyin məlumatında deyilir.
Qeyd olunur ki, bu sənədlərin təqdim olunması iyulun 14-də imzalanan sənədlərdə öz əksini tapmışdı.
Bu ilin 14 ilyul tarixində İran uranı 5 il müddətinə 3,67%-dən artıq zənginləşdirməyəcəyini, habelə Fordodakı nüvə obyektini texnoloji mərkəzə çevirməyi öhdəsinə götürmüşdü.