İran ABŞ-ın ittihamlarına cavab verib

İran ABŞ-ın ittihamlarına cavab verib İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi, rəsmi Vaşinqtonun ABŞ-ın İraqdakı səfirliyinə rəsmi Tehranın hücum təşkil etməsi ittihamlarını qəti şəkildə rədd edib.
Digər ölkələr
1 Yanvar , 2020 04:19
İran ABŞ-ın ittihamlarına cavab verib

İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musəvi, rəsmi Vaşinqtonun ABŞ-ın İraqdakı səfirliyinə rəsmi Tehranın hücum təşkil etməsi ittihamlarını qəti şəkildə rədd edib.

“Report” TASS-a istinadən xəbər verir ki, müvafiq bəyanat İran Xarici İşlər Nazirliyinin saytında dərc olunub.

Musavi, ABŞ hökumətini vəziyyətin yanlış anlaşılmaması mövzusunda xəbərdar edib və Ağ evi “bölgədəki destruktiv münasibəti yenidən gözdən keçirməyə” çağırıb.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, ölkəsinin İraqdakı səfirliyinə təşkil olunan hücuma görə İran məsuliyyət daşıyır.

Son xəbərlər

Orphus sistemi