İordaniya sərhədində avtomobil partladılıb, 10 nəfər ölüb

İordaniya sərhədində avtomobil partladılıb, 10 nəfər ölüb Hadisə Suriya ilə sərhəddə yerləşən qaçqın düşərgəsi yaxınlığında baş verib
Digər ölkələr
16 May , 2017 02:15
İordaniya sərhədində avtomobil partladılıb, 10 nəfər ölüb

Bakı. 16 may. REPORT.AZ/ Suriya və İordaniya sərhədində yerləşən suriyalı qaçqınların Ər-Rükban düşərgəsi yaxınlığında baş verən partlayış nəticəsində ən azı 10 nəfər həyatını itirib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi "Al Jazeera" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, Dəməşqə müxalif olan "Azad Suriya Ordusu" adlı qruplaşma tərəfindən quraşdırılan buraxılış məntəqəsi yaxınlığında minalanmış avtomobil partlayıb. Hadisə nəticəsində bir neçə nəfərin yaralandığı da bildirilir.

Son xəbərlər

Orphus sistemi