İordaniya Qətərin "Al Jazeera" telekanalının lisenziyasını ləğv edib

İordaniya Qətərin "Al Jazeera" telekanalının lisenziyasını ləğv edib Əmman Doha ilə diplomatik münasibətləri də aşağı səviyyəyə endirib
Digər ölkələr
7 İyun , 2017 05:04
İordaniya Qətərin Al Jazeera telekanalının lisenziyasını ləğv edib
Courtesy İmage

Bakı. 7 iyun. REPORT.AZ/ İordaniya hökuməti Yaxın Şərqdə ən məşhur telekanallardan biri olan Qətərin "Al Jazeera" kanalının fəaliyyət üçün lisenziyasını geri çağırıb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İordaniya Nazirlər Kabinetinin nümayəndəsi məlumat verib.

Həmçinin qeyd olunur ki, İordaniya Qətər Dövlətindəki diplomatik nümayəndəliyinin səviyyəsini də aşağı endirdiyi bəyan edib.

Qeyd edək ki, səkkiz ölkə - BƏƏ, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Liviya, Maldiv adaları və Mavriki Qətər ilə diplomatik əlaqələri kəsib. Onlar əmirliyi terrorizmi dəstəkləməkdə ittiham edirlər.

Son xəbərlər

Orphus sistemi