​İordaniya kralı: "İŞİD yaraqlılarını "öz yuvalarında" məhv edəcəyik"

​İordaniya kralı: "İŞİD yaraqlılarını "öz yuvalarında" məhv edəcəyik" Kral ordunun baş qərargahında keçirilən müşavirəyə bədəvilərin baş geyimində gəlib
Digər ölkələr
6 Fevral , 2015 00:40
​İordaniya kralı: İŞİD yaraqlılarını öz yuvalarında məhv edəcəyik

Bakı. 6 fevral. REPORT.AZ/ İordaniya kralı ІІ Abdulla "İraq-Şam İslam Dövləti" (İŞİD) terror qruplaşması ilə bağlı vəziyyəti şərh edərkən bildirib ki, ölkəsi "terrorçuların cinayətkar dəstəsini izləyəcək və onu öz yuvasında məhv edəcək".

"Report" "Euronews"a istinadən xəbər verir ki, kral İordaniya Ordusunun baş qərargahında keçirilən müşavirə zamanı telekameralar qarşısına bədəvilərin baş geyimində çıxaraq öldürülən təyyarəçinin tayfası ilə həmrəy olduğunu nümayiş etdirib.

Xatırladaq ki, fevralın 3-də İŞİD terrorçuları İordaniya təyyarəçisinin diri-diri yandırıldığı video görüntüləri yayımlayıb. Buna cavab olaraq isə, İordaniyada iki terrorçu edam edilib.

Son xəbərlər

Orphus sistemi