İnterpolun prezidenti Çində qanunu pozmaqda şübhəli bilinir

Digər ölkələr
  • 07 oktyabr, 2018
  • 18:04
İnterpolun prezidenti Çində qanunu pozmaqda şübhəli bilinir

Bakı. 7 oktyabr. REPORT.AZ/ İnterpol prezidenti, eyni zamanda Çinin ictimai təhlükəsizlik nazirinin müavini vəzifəsini tutan Men Xunvey ölkəsində qanunu pozmaqda şübhəli bilinir və Çin hökuməti onunla bağlı yoxlamaya başlayıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü Çin Kommunist Partiyasının nizam-intizamın yoxlanılması üzrə Mərkəzi Komissiyası məlumat yayıb.

"Çinin ictimai təhlükəsizlik nazirinin müavini Men Xunvey qanunu pozmaqda şübhəli bilinir, hazırda dövlət nəzarət komitəsi onunla bağlı yoxlama aparır", - deyə komissiyanın saytına yerləşdirilən mətndə bildirilir.

İnterpol prezidenti Men Xunvey Çinə sentyabrın 29-da gedib. Sonuncu dəfə onunla bir həftə əvvəl əlaqə saxlamaq mümkün olub. Fransanın Lion Şəhər Prokurorluğu tərəfindən İnterpol prezidentinin itkin düşməsi ilə bağlı araşdırma başladılıb.

44 - Tezliklə