İndoneziyada sürüşmə nəticəsində 7 nəfər ölüb

İndoneziyada sürüşmə nəticəsində 7 nəfər ölüb Bakı. 11 noyabr. REPORT.AZ/ İndoneziyanın Şimali Sumatra əyalətində sürüşmə nəticəsində 7 nəfər həyatını itirib.
Digər ölkələr
11 Noyabr , 2018 11:57
İndoneziyada sürüşmə nəticəsində 7 nəfər ölüb

Bakı. 11 noyabr. REPORT.AZ/ İndoneziyanın Şimali Sumatra əyalətində sürüşmə nəticəsində 7 nəfər həyatını itirib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə yerli Təbii Fəlakətlərin Aradan Qaldırılması Agentliyinin rəhbərinə istinadən "Sinhua" məlumat yayıb.

Bildirilir ki, sürüşmə şənbə günü axşam Cənubi Nias dairəsində 100 metr hündürlüklü təpədə baş verib.

Agentlik rəhbəri Riadil Əhir Lubisin sözlərinə görə, sürüşməyə şiddətli yağışlar səbəb olub. Nəticədə torpaq və daş kütləsi 7 nəfərin olduğu evin üzərinə dağılıb.

"Sürüşmə səbəbindən evdə olan 7 nəfərin hamısı ölüb", - deyə Lubis bildirib.

Təpənin yamacında yaşayan digər sakinlər təxliyyə olunub.

Bundan əvvəl Braziliyada 9 nəfər torpaq sürüşməsinin qurbanı olub.

Son xəbərlər

Orphus sistemi