İndoneziyada paytaxtın köçürülməsi dayandırıldı
Digər ölkələr
- 25 aprel, 2020
- 07:30
İndoneziya hökuməti paytaxtın Kalimantan adasına köçürülməsilə bağlı layihənin icrasını dayandıraraq bunun üçün ayrılan vəsaitin bir hissəsini koronavirusa qarşı mübarizəyə yönəldib.
“Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə aprelin 23-də ölkənin maliyyə naziri Sri Mulyani İnravati bildirib.
O, işlərin gələn il davam edə biləcəyini qeyd edib. Nazirin sözlərinə görə, bu layihəyə məsul olan İctimai İşlər Nazirliyi ayrılan vəsaitin əksər hissəsini, o cümlədən infrastruktur layihələr üçün nəzərdə tutulanların da bir hissəsini COVID-19 epidemiyasına qarşı tədbirlərə yönəldib.
“Onlar vəsaiti mövcud xəstəxanaların yenidən qurulmasına və yenilərinin tikintisinə xərcləyib”, - nazir videokonfransda bildirib.
Son xəbərlər
16:44
"InvestAZ"dan dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
Maliyyə16:42
Kanada Baş naziri Hindistan, Avstraliya və Yaponiyaya səfər edəcək
Digər ölkələr16:42
Sumqayıtda partlamamış top mərmisi tapılıb
Hadisə16:40
Astarada narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən qadın saxlanılıb
Hadisə16:40
Türkiyə millisinin sabiq futbolçusu cari mövsüm dördüncü dəfə qırmızı vərəqə görüb
Futbol16:23
Foto
Dəniz kənarında tapılan quş cəsədlərində heyvan xəstəliyi aşkarlanmayıb- RƏSMİ
Sağlamlıq16:23
Azərbaycan və Qambiya arasında siyasi məsləhətləşmələrin keçirilməsi planlaşdırılır
Xarici siyasət16:22
Naxçıvanda 2015-2020-ci illərdə imzalanmış 10 fərman ləğv edilib
Daxili siyasət16:20
Foto