İndoneziyanın Xalq Nümayəndələri Şurasının (parlamentinin aşağı palatası) spikeri postunu ilk dəfə qadın tutub.
"Report" xəbər verir ki, bu barədə
Məlumata görə, müasir İndoneziyanın qurucularından biri, ölkənin Milli Qəhrəmanı Sukarnonun nəvəsi Puan Maharani parlamentin sədri olub.
"Nəhayət 74 il sonra ölkə parlamentinə qadın başçılıq etdi. Ümid edirəm, bu, respublikanın bir çox qadınları üçün nümunə olacaq ki, müxtəlif sahələrdə özünü reallaşdırmaq üçün qorxmaq lazım deyil", - deyə 46 yaşlı Puan bildirib. Onun 72 yaşlı anası Meqavati Sukarnoputri İndoneziyanın ən böyük siyasi təşkilatı Demokrat Partiyasının lideridir.
İndoneziyanın tarixi şəxsiyyəti Sukarno ölkəyə 1945-1967-ci illərdə rəhbərlik edib. Onun qızı Meqavati Sukarnoputri respublikanın ilk prezidenti olub. Meqavati Sukarnoputri bu vəzifəni 2001-2004-cü illərdə icra edib.