İndoneziyada 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada 6,9 bal gücündə zəlzələ baş verib Yeraltı təkanların episentri Ambon şəhərindən 161 km şərqdə yerləşib
Digər ölkələr
9 Dekabr , 2015 15:23
İndoneziyada 6,9 bal gücündə zəlzələ baş verib

Bakı. 9 dekabr. REPORT.AZ/ İndoneziyanın şərqində 6,9 bal gücündə zəlzələ baş verib. "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniyanın Yer Araşdırma Mərkəzi məlumat verib.

Mərkəzin məlumatlarına görə, yeraltı təkanların episentri 355 min əhalisi olan Ambon şəhərindən 161 km şərqdə yerləşib. Təbii fəlakətin ocağı 60 km dərinlikdə olub.

Dağıntılar və zərərçəkənlər haqqında məlumat verilmir.

Son xəbərlər

Orphus sistemi