Yuxarı
    Bağlamaq

    İndoneziyada 6,2 bal gücündə zəlzələ olub

    Dağıntı və ya tələfat barəsində məlumat yoxdur

    Bakı. 30 dekabr. REPORT.AZ/ İndoneziyanın şərqində 6,2 bal gücündə zəlzələ olub.

    "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Geologiya Xidməti məlumat yatıb.

    Məlumata görə, yeraltı təkanlar Sumbava adası sahillərində, Bima şəhərindən 68 kilometr cənubda qeydə alınıb. Zəlzələ ocağı 72 kilometr dərinlikdə yerləşib.

    Dağıntı və ya tələfat barəsində məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi