İndoneziyada 5,1 maqnituda gücündə zəlzələ baş verib

Digər ölkələr
  • 28 iyul, 2019
  • 17:19
İndoneziyada 5,1 maqnituda gücündə zəlzələ baş verib

Bazar günü İndoneziyanın Yava adası sahillərində 5,1 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmologiya Mərkəzi məlumat yayıb.

Yeralı təkanların ocağı 40 km dərinlikdə olub.

Dağıntı və tələfat, sunami təhlükəsi barədə məlumat yoxdur.