Yuxarı

İndoneziya sahillərində 5,0 bal gücündə zəlzələ baş verib

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib

Bakı. 28 fevral. REPORT.AZ/ Bu gün İndoneziya sahillərində 5,0 bal gücündə zəlzələ baş verib.

"Report"-un "TASS" agentliyinə istinadən verdiyi xəbərə əsasən, bu haqda məlumatı ABŞ-ın Geoloji Araşdırmalar Mərkəzi yayıb.

Yeraltı təkanların episentri Kefamenanu şəhərindən 63 km şimal-qərbdə yerləşib. Zəlzələnin ocağı 99 km dərinlikdə qeydə alınıb.

Xəsarət alanlar və dağıntılar haqda məlumat verilməyib. Sunami xəbərdarlığı elan edilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi