Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin rəhbərliyinə namizədlər bəlli olub
Digər ölkələr
- 06 sentyabr, 2019
- 12:54
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (İAEA) baş direktoru vəzifəsinə namizədliklərin irəli sürülməsi prosesi sentyabrın 5-də başa çatıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu kürsüyə dörd namizəd qeydə alınıb.
Bunlar İAEA-nın baş direktoru əvəzi, Rumıniyanın Vyanadakı beynəlxalq təşkilatlarda sabiq daimi nümayəndəsi Kornel Feruta, Argentinanın Vyanadakı beynəlxalq təşkilatlarda daimi nümayəndəsi Rafael Qrossi, Nüvə Sınaqlarının Hərtərəfli Qadağan Olunması Müqaviləsi Təşkilatının icraçı katibi Lassina Zerbo, Slovakiya Nüvə Nəzarəti İdarəsinin sədri Marta Jakovadır.
Bu il 22 iyul tarixində İAEA baş direktoru Yukia Amano vəfat edib. Oktyabr ayında bəlli olacağı gözlənilən yeni rəhbər yanvarın 1-dək vəzifəsinin icrasına başlamalıdır.
Son xəbərlər
05:59
ABŞ Karib dənizində narkotacirlərin qayığına zərbə endirib
Digər ölkələr05:28
Mayk Uolts: Tramp Rusiya-Ukrayna münaqişəsini həll etməyə çalışır
Digər ölkələr04:51
WSJ: ABŞ-yə səfərindən əvvəl Si Cinpinin səhhəti ilə bağlı qeyri-müəyyənlik yaranıb
Digər ölkələr04:16
Çilinin sabiq prezidenti BMT-nin Baş katibi postu uğrunda mübarizədən geri çəkilib
Digər ölkələr03:40
Almaniyada Bundesverdə xidmət üçün 18 yaşlı kişilərin məcburi tibbi müayinəsinə başlanılıb
Digər ölkələr03:21
Astarada baş verən avtomobil qəzasında bir nəfər ölüb, üç nəfər xəsarət alıb
Hadisə03:04
"Barselona" Rafinyanın het-triki sayəsində "Sevilya"nı məğlub edib
Futbol02:39
ABŞ-də senatorlar süni intellektin Çin gəmisi barədə yanlış hesabatının araşdırılmasını tələb ediblər
Digər ölkələr02:07