Husilər Təl-Əvivdəki Ben-Qurion aeroportuna hücum ediblər
Digər ölkələr
- 23 mart, 2025
- 20:57
Yəmənin üsyançı “Ənsar Allah” hərəkatının (husilər) tərəfdarları Təl-Əvivdəki Ben-Qurion aeroportuna hipersəs ballistik raket vasitəsilə zərbə endiriblər.
“Report” xəbər verir ki, üsyançılar tərəfindən formalaşdırılmış silahlı qüvvələrin nümayəndəsi Yəhya Saria belə bir bəyanatla çıxış edib.
“Silahlı qüvvələrin raket qoşunları işğal olunmuş Yaffa bölgəsindəki (Təl-Əviv nəzərdə tutulur – red.) Ben-Qurion aeroportuna “Fələstin-2” tipli hipersəs ballistik raketi ilə zərbə endirib”, – Saria bildirib.
Xatırladaq ki, martın 22-də “Ənsar Allah” hərəkatından olan husilər Təl-Əvivdəki Ben-Qurion hava limanına, həmçinin “USS Harry Truman” aviadaşıyıcısının başçılıq etdiyi Amerika aviadaşıyıcı qrupuna zərbələr endirdiklərini bildirmişdilər.
Son xəbərlər
07:54
"Newsmax": ABŞ-nin desant gəmisi İrana qarşı hərbi əməliyyatda sıradan çıxıb
Digər ölkələr07:40
İspaniyada meşə yanğınında 12 nəfər ölüb
Digər ölkələr07:28
Kubanın paytaxtı irimiqyaslı enerji böhranı ilə üzləşib
Digər ölkələr07:05
Yasamal, Biləcəri və Zirədə işıq olmayacaq
Energetika06:46
WSJ: İran Trampa qarşı sui-qəsd hazırlaya bilər
Digər ölkələr06:18
"Reuters": Putin Ukraynadakı müharibənin yeni eskalasiyasına hazırlaşır
Region05:59
Yardımlıda elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq
Energetika05:33
Qrossi Misirdə atom energetikasının rolunu qabardıb
Digər ölkələr05:05