Bakı. 30 noyabr. REPORT.AZ/ Honkonqda turist avtobusu ilə taksinin toqquşması nəticəsində 5 nəfər ölüb, daha 31 nəfər isə yaralanıb.
"Report" "South China Morning Post" nəşrinə istinadən xəbər verir ki, Sin-İ adasında baş vermiş qəza zamanı avtobusda turist olmayıb və nəqliyyat vasitəsi işçiləri hava limanına aparırmış.
Qəza yerində 1 kişi və 2 qadın keçinib, daha 2 nəfər isə xəstəxanada ölüb. Hadisə qurbanları arasında hər iki nəqliyyat vasitəsinin sürücüsü də var. Bir neçə yaralı ağır vəziyyətdədir.
Bundan əvvəl Kanadada məktəbli avtobusu qəzaya uğrayıb.