Honkonqda separatçı ideyalara görə siyasi partiyanın fəaliyyəti qadağan edilib

Digər ölkələr
  • 24 sentyabr, 2018
  • 06:50
Honkonqda separatçı ideyalara görə siyasi partiyanın fəaliyyəti qadağan edilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Honkonq hakimiyyəti separatçı ideyaları irəli sürən Honkonq Milli Partiyasının fəaliyyətini dayandırıb.

"Report" xəbər verir ki, bu barədə "Associated Press" təhlükəsizlik məsələləri üzrə katib Con Liyə istinadən yazıb.

Qeyd olunur ki, müvafiq qərar ölkənin milli təhlükəsizlik maraqlarına uyğundur.