Honkonqda nümayişçilərlə toqquşmalarda 15 polis əməkdaşı yaralanıb

Honkonqda nümayişçilərlə toqquşmalarda 15 polis əməkdaşı yaralanıb Honkonqda radikal nümayişçilərlə toqquşmalar nəticəsində 15 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Digər ölkələr
26 Avqust , 2019 06:58
Honkonqda nümayişçilərlə toqquşmalarda 15 polis əməkdaşı yaralanıb

Honkonqda radikal nümayişçilərlə toqquşmalar nəticəsində 15 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

"Report"un TASS-a istinadən məlumatına görə, bu barədə hüquq-mühafizə orqanlarının nümayəndəsi bildirib.

Onun sözlərinə görə, bir gün əvvəl qeyri-leqal yığıncaqların ümumilikdə 12-48 yaşlı 29 iştirakçısı saxlanılıb. Polis Çuen Van şəhərində nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qaz və iki yeni xüsusi avtomobil tətbiq edib.

Qeyd edilir ki, radikalların hücumlarına məruz qalan 6 polis zabiti öz həyatları üçün təhlükədən ehtiyat edərək tapançalarını çıxarıblar. Asayiş keşikçilərindən biri özünü müdafiə etmək üçün ilk dəfə odlu silahdan havaya xəbərdarlıq atəşi açıb.

Orphus sistemi