Honkonqda iğtişaşlar zamanı 30-dan çox insan xəsarət alıb

Honkonqda iğtişaşlar zamanı 30-dan çox insan xəsarət alıb Honkonqda son sutka ərzində baş verən növbəti iğtişaşda 30-dan çox insan yaralanıb.
Digər ölkələr
5 Oktyabr , 2019 13:06
Honkonqda iğtişaşlar zamanı 30-dan çox insan xəsarət alıb

Honkonqda son sutka ərzində baş verən növbəti iğtişaşda 30-dan çox insan yaralanıb.

"Report" TASS-a istinadən xəbər verir ki, xəsarət alanların 25-i kişi, 6-sı isə qadındır. Həkimlər 2 yaralanın vəziyyətini ağır, 15-nin isə vəziyyətini sabit qiymətləndirirlər.

Xatırladaq ki, Honkonq administrasiyasının rəhbəri Kerri Lemin etirazçılara maska geyməyi qadağan etməsi barədə qərar qəbul etməsindən sonra oktyabrın 3-də yenidən etirazlar başlayıb. Onlar yolları bağlayıb, mağazaları, hökumət obyektlərini, metro stansiyalarını zərər vurub, asayiş keşikçilərinin üzərinə içərisində alışqan qazı olan şüşələr atıblar.

Baş verən iğtişaşlardan sonra şəhərdə bir sıra mədəniyyət müəssisələri, banklar, ticarət mərkəzləri bağlanıb. Bütün metro xətlərinin işi rejimi qeyri-müəyyən müddətə dayandırılıb.

Son xəbərlər

Orphus sistemi